6 İyul 2018 12:55
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatı - İslam Əməkdaşlıq Təşkilatının 14-cü sessiyası öz işini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu tədbirin əsas məqsədi həm BMT, həm də İƏT-ə bağlı təşkilatlar arasında mövcud olan əməkdaşlıq yollarını inkişaf etdirməkdir.

Tedbir ISESCO-nun Rabatdaki baş qərargahinda BMT və IET-ə uzv təşkilat rəhbərləri, nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə keçən dövr ərzində həyata keçirilən fəaliyyətlər müzakirə olunub, gələcək müştərək layihələrə nəzər salınıb.

Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu nümayəndə heyəti də iştirak edib.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun təşkilatın fəaliyyətini əks etdirən iştirakçılara ünvanlanlanmış müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

3 günlük görüşün nəticəsi olaraq qəbul olunan yekun qərarlarda BMT ve İET strukturları arasında müştərək fəaliyyət proqramları çərçivəsində İƏT Gənclər Forumunun siyasi, iqtisadi və sosial sahələr üzrə təklif etdiyi bir sıra tədbirler, o cümlədən bu ilin sentyabrında İordaniyada Beynəlxalq Gənclər Düşərgəsinin və Sudanda Afrika müsəlman Gənclər Forumunun keçirilməsi də öz əksini tapıb.

Rabat sessiyası çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyəti gələcək əməkdaşlıq yolları müzakirə etmək üçün BMT-nin üzv qurumları nümayəndələri ilə danışıqlar aparıb.


Müəllif: Cavad

Oxşar xəbərlər