6 İyul 2018 15:54
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti təyin etdiyi şəxslərə qarşı həmişə səbr nümayiş etdirib. O, həmişə bu insanları tapşırılan vəzifələri yerinə yetirməyə və xalqın xidmətçisi olmağa çağırıb. Bir çoxları bundan nəticə çıxarsa da, görünən budur ki, bəziləri də öz işlərinə məsuliyyətlə yanaşmırlar.

Ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin keçirdiyi müşavirə barədə Teleqraf.com-a danışan keçmiş millət vəkili Əliməmməd Nuriyev belə deyib.

Prezidentin müşavirəsində yeni baxışın ortaya qoyulduğunu deyən sabiq deputat qeyd edib ki, dövlət başçısı sərt formada enerji sektorunda yaranmış problemdə məsuliyyəti olan şəxslərin ortaya çıxarılması ilə bağlı tapşırıq verdi:

“Müşavirədə məlum oldu ki, bu sektora iri həcmdə investisiyalar qoyulmasına baxmayaraq, bir sıra problemlər öz həllini tapmayıb. Cənab prezident də dedi ki, qəza ilə bağlı müxtəlif bəhanələr gətirərək, bunu gizlətməyə çalışırlar. Əgər bir qəza ilə ölkənin elektrik sistemi çökürsə, demək ki, ortada ciddi qüsurlar var. Məlum oldu ki, qəzanın baş verməsinin səbəbi köhnə avadanlıqlardır. Problemlərin aradan qaldırılması üçün ayrılmış vəsaitlər də səmərəli şəkildə istifadə edilməyib.

Hesab edirəm ki, baş vermiş bu qəzaya görə məsuliyyəti “Azərenerji” daşıyır. Çünki ölkədə enerji sitehsalı ilə məşğul olan bu qurumdur. Buna görə də digər aidiyyəti qurumlarda bu məsələ ilə əlaqədar ciddi təftiş keçirməlidirlər. Paralel olaraq, enerji sahəsində yaranmış problemləri aradan qaldırmaq üçün alternativlərin yaradılmasına və sektorun özəlləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, aidiyyəti qurumlar prezidentin bu tapşırıqlarından nəticə çıxaracaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər