Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Teleqraf.com xəbər verir ki, bu gün həm də Azərbaycanın diplomatik xidmətinin yaradılmasından 99 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair müvəqqəti təlimatın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.
Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib.