10 İyul 2018 12:28
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Teleqraf.com Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər