10 İyul 2018 17:43
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər