"Türkiyənin gücü Azərbaycanın gücdür.Əlimizdə nə varsa sizinlə paylaşmağa hazırıq".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da güclənəcək.
E.Özoral Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsinin təsadüf olmadığını söyləyib: "Prezident ilk səfərini məhz Azərbaycana etdi. Bu, artıq ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi. Türkiyə və Azərbaycan birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".
O vurğulayıb ki, hər iki ölkə tək iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq etməyə hazırdır.