11 İyul 2018 10:29
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncə şəhərində baş veren hadisələr diqqətə alınmalıdır. Düşmənlərmiz bu olayları Azərbaycanın əleyhine istifade etməyə çalışacaqlar. Gəncəlilər hər zaman dövlətimizin yanında olub, bu cür hadisələrin Azərbaycanı xaosa sürükləməsinə və qarşıdurma yaratmasına imkan verilməməlidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş verən hadisəyə hüquq çərçivəsində baxılmalı, cinayətkarlar mühakimə olunub cəzalındırılmalıdır:

"Ədalətin və hüququn üstünlüyü təmin edilməlidir. Hər birimiz ölkəmizin sabitliyi üçün diqqətli olmalıyıq. Dedi-qodu səviyyəsində gəzən söhbətlər bir çox hallardan təxribat yaratmaq məqsədi daşıyır. Biz bu hadisələrin dövlətimizə və xalqımıza zərər yetirməsinə icazə verməməliyik".


Müəllif: Nərgiz

Oxşar xəbərlər