11 İyul 2018 15:14
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis nə bilsin ki, bir xuliqan əlində bıçaq onu gözləyir? Polisin işi asayişi qorumaqdır, axmağın işi isə axmaqlıq etməkdir.

Gəncədə baş verən insident barədə Teleqraf.com-a danışan müğənni Əli Mirəliyev belə deyib.

Sənətçi baş verənlərdən narahatlığını dilə gətirib:

“Hansısa narazılıq ola bilər, amma bunu normal qaydada yoluna qoymaq lazımdır. Əlbəttə, hər kəsin etiraz etmək haqqı var. Lakin bu normal qaydada olmalıdır. Amma polis neyləməlidir? O bu vəzifəni üzərinə götürəndə bilirdi ki, hansı formada xidmət aparacaq. Çox pis haldır. Bir xuliqan bıçağı əlinə götürüb iki ailənin işığını söndürdü. Gərək vəziyyət bu yerə çatmazdı.

Hamımız azərbaycanlıyıq. Ziyalılar qabağa durub vəziyyətin bu yerə çatmasına imkan verməyəydilər. İnsanları maarifləndirmək, onların içində olmaq lazımdır. İnsanlar kitab oxumalıdırlar. Polis yazıq nə etsin? Polislər sadəcə aranı sakitləşdirmək istəyiblər. Bir xuliqan da ortaya çıxıb bıçaqlayıb öldürür. Təəssüf edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər