Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıların lideri Bako Saakyan təmas xəttində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyanın müşayiət etdiyi Saakyan Qarabağdan Azərbaycanın mövqelərini müşahidə edib.