12 İyul 2018 09:47
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Tbilisi prospekti Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində və Koroğlu Rəhimov küçəsi ilə Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var.

Tbilisi prospekti şəhər istiqamətində, Afiyyəddin Cəlilov küçəsində, Nobel prospekti şəhər istiqamətində və Üzeyir Hacıbəyov küçəsi Cavanşir körpüsündə isə nisbətən sıxlıq müşahidə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər