Baş prokuror Zakir Qaralov, daxili işlər naziri general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bu gün Gəncə şəhərinə gedib.
“Report”un Qərb bürosunun xəbərinə görə, onlar Gəncə şəhərində şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimində iştirak edib, şəhid olan polis zabitlərinin ailə üzvlərinə, yaxınlarına başsağlığı veriblər.