Fransanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, diplomatik nümayəndəlikdən verilən məlumata görə, Fransanın bu məsələdə mövqeyi dəyişməyib.
"Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq", - deyə məlumatda vurğulanıb.