Daxili İşlər Nazirliyində geniş kollegiya iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasda Daxili İşlər Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.
Kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Ramil Usubov sədrlik edir.
Kollegiya iclası 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
İclasda son günlər Gəncə şəhərində törədilən qanlı cinayət hadisələri müzakirə olunacağı gözlənilir.