Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktarın şəbəkəsinə qoşulan azərbaycanlılar deşifrə edilib.
Teleqraf.com “Haber7”yə istinadla xəbər verir ki, Türkiyədə olduğu kimi Azərbaycanda da Adnan Oktarın şəbəkəsinə qarşı əməliyyata başlanılıb. Azərbaycanda 200-dən çox şəxsin Adnan Oktarın şəbəkəsinin “imamı” olan İbrahim Tuncər və baş kedicik Didəm Ürərlə əlaqəsinin olduğu üzə çıxıb. Məlum olub ki, Adnan Oktar baş kediciyi Azərbaycanda dayaqlar yaratmaq üçün Bakıya göndəribmiş.
Adnan Oktarın Azərbaycan şəbəkəsinin bəzi üzvlərinin fotosu yayımlanıb.