15 İyul 2018 10:25
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın şəhər və kəndlərində elektrik enerjisinin verilməsində tez-tez yaranan fasilələr yerli əhalinin kəskin etirazına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Ərdəbil şəhərinin Boran kəndinin sakinləri də içməli su və işıqlarının kəsilməsinə etiraz ediblər.

Kənd sakinləri etiraz olaraq, Muğan-Ərdəbil yolunu bağlayıblar.

Etirazlar İranın energetika naziri Rza Ərdəkaniyanın Ərdəbilə səfəri vaxtı başlayıb.

Qeyd edək ki, son günlərdə Güney Azərbaycan şəhərlərində tez-tez elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu, istehsal müəssisələri, mağazalar, ticarət mərkəzləri və s. kimi müəssisələrə ciddi ziyan vurub.

Təbriz və Urmiyanın qapalı bazarlarında isə zülmət hökm sürür. Bazarda işləyənlərin əksəriyyəti etiraz olaraq, tətil elan ediblər. Bölgədə oxşar vəziyyət ticarət mərkəzləri də əhatə edir.

Sakinlər bildirirlər ki, işıqların kəsilməsi nəticəsində soyuduculardakı qida məhsulları da xarab olur, bir çox insan isə liftdə köməksiz vəziyyətdə qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər