Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, təbrik məktubunda deyilir: "Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu.