Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 37 əməkdaşın andiçmə mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, gənc əməkdaşlara ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru cənab Ceyhun Həsənovun təbriki çatdırılıb, gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə edilib.
Gənc əməkdaşlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılmış, məzarları önünə çiçəklər qoyulub.