17 İyul 2018 17:12
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidova yeni vəzifə verilib.

Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Mübariz Həmidovu kollektivə təqdim ediblər.

Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ teatrına direktor yeni təyin olunub.Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.


Müəllif: Mənbə/Report