Sosial şəbəkələrdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməninin xüsusi təyinatlı hərbçi olduğunu təsdiqləyən fotolar yayılıb.
Teleqraf.com xəbər verir ki, rəsmi irəvan iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryanın Tavuş vilayətinin Berdavan kəndinin mülki sakini olduğunu və heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etmədiyini bildirsə də, əldə olunan fotolar bunun əksini sübut edir.
Karen Kazaryanın sosial şəbəkələrdən əldə olunan fotolarını təqdim edirik.