20 İyul 2018 17:38
2 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 1800 metr yüksəklikdə yerləşən Əlincə qalasına yürüş təşkil edib.

FHN işçilərinin Həmkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, yürüş iştirakçıları qala ərazisində dalğalanan Dövlət bayrağı altında toplaşaraq Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.

Əlincə qalası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində, Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi olmaqla, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir.

Əlincə qalsı 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun abidənin bərpa edilməsi haqqında 11 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Əlincə qalasında genişmiqyaslı bərpa işləri aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər