21 İyul 2018 13:52
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışırlar. Lakin bunun qarşısını almaq olar".

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən Beynəlxalq Media Forumunda millət vəkili Hikmət Babaoğlu deyib.

"Bu günlərdə təəssüf ki, Gəncə hadisələrini yaşadıq: . Niyə? Çünki bizə xəyanət edənlər düşmən qüvvələrin yanındadır. Heç bir xalq özü özünə bədbəxtlik gətirməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən gəncləri elə yetirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsun. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir. Media təftiş etməli, sorğulamalıdır. Əgər bunu edə bilmirlərsə, manqurtluq yaranır və yayılır. İnsanlara bədbəxt hadisələrin əksəriyyətini din üzərindən yaşadırlar. Bu bütün Şərq ölkələrində var. Şiə radikalizminə yozulan Gəncə hadisələrində də əslində qlobal imperializmin izi açıq-aydın görülürdü. Ona görə də KİV kütləvi şüura xidmət edir. Bu isə asan iş deyil. Bunun öhdəsindən gəlmək lazımdır. Bu gün FETÖ-çular, radikal kütlə də elə özümüzük. Bunun qarşısını almaq üçün məqsədyönlü şəkildə çalışmalıyıq ki, qalib gələk. Hər iki dövlətin mediası ölkədaxili hadisələrə duyarlı və həssas yanaşır. 80 milyon əhalisi olan Türkiyədə hər kəs Azərbaycanı sevə bilməz, amma sevməyənlər çox azdır. Biz o kiçik kütləyə görə ümumi deyə bilmərik ki, Türkiyə Azərbaycana dəstək olmur", - deyə millət vəkili qeyd edib.

Hikmət Babaoğlu onu da qeyd edib ki, 24 iyun seçkiləri zamanı da Azərbaycanın dəstəyi hiss olundu:

"Türk xalqları demokratiyanı sevir. Prezident seçkiləri zamanı da Azərbaycan Türkiyəyə dəstək oldu və bu qələbəni birlikdə yaşadı. Unutmayaq ki, dünya ölkələrində çox hadisələr var. Daha əvvəl dediyim fikirlərə qayıtmaq istərdim ki, Suriyada baş verənlər çox acınacaqlı olsa da, daha əvvəl Qarabağ dərdimiz gəlir. Bu da hər zaman qardaş ölkənin diqqətindədir".


Müəllif: Könül