23 İyul 2018 11:23
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün xarici ölkələrdən 6 ayda 112 adda 200-ə yaxın texnika gətirilib.

Bunu Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov deyib. O bildirib ki, Çin tərəfindən yardım məqsədilə 8,2 milyon dollar dəyərində texnika təmənnasız olaraq Azərbaycana verilib:

"Çevik texniki yardım və servis mərkəzləri üçün çoxsaylı avadanlıq alınıb. Yollarda yaranan problemlərin aradan qaldırılması, yolların təmir və bərpası, eləcə də yolların təmizliyini təmin etmək üçün magistral yollarda buz təmizləyən, vakum sorucu komunal maşınlar və s var. Bu, yol infrastrukturunda böyük potensialın əldə olunması deməkdir".

E.Cəfərov qeyd edib ki, Çin və Azərbaycan arasındakı dostluq münasibətləri çərçivəsində yardımlar davam edəcək:

"Belarus, Çin, İsveçrə, Türkiyə, İtaliya, Amerika, Çexiya və digər ölkələrdən alınan texnikaların hazırda sayı 200-ə yaxındır. Bu hələ hamısı deyil. Bəzi texnikalar da gətiriləcək, mərkəzi küçələrdə istifadə ediləcək. Azərbaycanda təmirə ehtiyacı olan 50-ə yaxın vakum sorucu maşınlar var. Bu baxımdan yeni gətirilən texnikalar iqlimlə əlaqədar olaraq isidici və sərinlədici sistemlərlə təchiz edilib. Bu isə əməkdaşların iş prosesi zamanı hava şəraiti ilə əlaqədar yaşadığı çətinlikləri aradan qaldıracaq".

Çin səfirinin iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan isə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün bu kimi yardımlara daim hazır olduqlarını deyib:

"Prezident İlham Əliyevin Çinə səfəri zamanı müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə bir sıra məsələlər müzakirə olundu. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafında Çinin əvəzsiz rolu var. Ümid edirəm ki, bu münasibətlər davamlı olacaq. Ölkəmiz 8,2 milyon dollar dəyərində olan yol infrastrukturunun istifadəsinə aid texnikanı Azərbaycana yardım məqsədilə göndərib. Ehtiyac olarsa, başqa texnikaların da təmin edilməsinə yardım edəcəyik


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər