23 İyul 2018 14:47
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, səfər zamanı təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriləcək. Türkiyənin XİN başçısı Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gedəcək.

H.Hacıyev onu da deyib ki, Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. O əlavə edib ki, münasibətlər hərtərəfli şəkildə inkişaf edir.


Müəllif: Səxavət