Yay fasiləsindən “Qarabağ” klubundan ayrılan İbrahim Şehiç nümunəvi addımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Ağdamın ermənilər tərəfindən işğal olunduğunu unutmayan Bosniya və Hersoqovinalı futbolçu sosial şəbəkədə foto paylaşıb.
Fotoda “23 iyul, Ağdamsız 25 il” sözləri yazılıb. Həmçinin rayonun işğalı zamanı doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin və ölənlərin sayı qeyd olunub.