Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) müəssisədə tətbiq olunan SERP proqram təminatının modullarına illik texniki dəstəyin satınalınması üçün kotirovka sorğusu elan edib.
Teleqraf.com-un xəbərinə görə, SERP proqramına aşağıdakı modullar daxildir:
– işçilərin əmək haqqının hesablanması modulu;
– mal-materialların uçotu modulu;
– əsas vəsasitlər modulu;
– pul vəsaitləri modulu;
– büdcənin planlaşdırılması və icrası modulu;
– xəzinədarlıq sənədləri.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 iyul 2018-ci il saat 18.00-dək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.