26 İyul 2018 16:42
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrə “Şərq” bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: “Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq” bazırının daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq” bazarında işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər