26 İyul 2018 22:08
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

1999-2008-ci illərdə Ermənistanda hakimiyyətdə olan Robert Koçaryana qarşı 2008-ci il 1 mart hadisələrinə dair cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bir neçə saat əvvəl sabiq prezident şahid qismində dindirilib.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsadət təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər