27 İyul 2018 11:59
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbçisi ağır yaralanıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, 1988-ci il təvəllüdlü əsgər David Miloyan xəstəxanaya yerləşdirilib.

Hadisə gecə saatlarında baş verib.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələri iyulun 26-dan 27-nə keçən gecə cəbhə xəttinin bir neçə istiqamətində atəşkəs rejimini pozaraq, Azərbaycanın mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər