27 İyul 2018 18:13
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Peru Respublikasının Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər