Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdədir.
Teleqraf.com xəbər verir ki, Kambocada parlament seçkiləri bu gün keçirilir.
S.Fətəliyeva müşahidə missiyasını Mərkəzçi Demokratik İnternasionalın tərkibində həyata keçirir. Eyni zamanda deputat səfər çərçivəsində “Kambocada siyasi vəziyyət və milli seçki prosesi” mövzusunda keçirilən brifinqdə iştirak edib, ölkənin baş naziri, senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə görüşərək fikir mübadiləsi aparıb. Səfər sabah başa çatacaq.