30 İyul 2018 13:40
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini, vitse-admiral Fikret Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirakından məmnunluğunu ifadə edib.

Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər