31 İyul 2018 11:25
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilir.

Teleqraf.com-un xəbərinə görə, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak edirlər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında dostluq və sülhün möhkəmlənməsidir.

O bildirib ki, Azərbaycan bu yarışlarda 2015-ci ildən iştirak edir və müsabiqəyə maraq ildən-ilə artır: "Kubok iyulun 31-dən avqustun 8-dək keçiriləcək və üç mərhələdə baş tutacaq. Kubokda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir. Kubok çərçivəsində mədəni tədbirlərin keçirilməsi, şəhər gəzintisi, muzey və tarixi yerlərə gəzinti nəzərdə tutulub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər