31 İyul 2018 16:35
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın şəhər və rayonlarına sərnişin daşımaları ilə bağlı yeni qiymət cədvəlini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qurumun sektor müdiri Nuridə Alahyarova deyib:

“Bu, şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləridir. Artıq vəsait tələb edilməməsi üçün biletləri kassadan və ya onlayn əldə edə bilərsiniz. Qiyməti müəyyənləşdirmək üçün kilometrajı 0,024-ə vurmaq lazımdır”.

Qeyd edək ki, xidmət Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir.

Teleqraf.com yeni qiymət cədvəlini təqdim edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər