31 İyul 2018 17:12
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması prioritet kimi hökumətin proqramına daxil edilib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

Balayanın sözlərinə görə, əgər rəsmi Ankara ikitərəfli münasibətlərin normallaşdırılmasına isti baxacaqsa, bunu müsbət dəyərləndirəcəklər: “Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq. Lakin Türkiyə buna hazır deyil.

Türkiyə prezidenti və xarici işlər naziri Bakıya gedərək, oradan münasibətləri pozacaq açıqlamalar verirlər. Biz hazırda Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu düşünmürük”.

Qeyd edək ki, keçən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər