1 Avqust 2018 17:48
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib”.

Teleqraf.com-un xəbərinə görə, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışında deyib.

Prezident əlavə edib ki, bu, dövlətin həmin şəxslərə qayğısının göstəricisidir: “Dövlətin bu siyasəti bu gün də davam etdirilir. Bu gün sizə 35 mənzil təqdim edilib. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edib. 136 minik avtomobili də sizə hədiyyədir. İlin sonuna qədər nəzərdə tutulan rəqəm 170 mənzil və fərdi evdir. Hələ də 4 minə yaxın insan növbədədir. Onlar üçün də əlavə vəsait ayıraraq minimum 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm və beləliklə, ilin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək”.

İlham Əliyeb deyib ki, son illərdə 300 minə yaxın məcburi köçkün mənzillə təmin edilib: "Bu il Qobu qəsəbəsində 1000 mənzillik yeni qəsəbə salınıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, 20 min insan yeni mənzillərlə təmin ediləcək. Bu siyasət davam etdiriləcək. Bizim bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı, xüsusilə sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş insanlar dayanır. İmkan daxilində biz bu məsələləri həll edirik. İşğaldan, etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycan görülən işlərə görə ön cərgədədir. Çox ölkə üçün Azərbaycan təcrübəsi nümunə kimi göstərilir. Öz vətəndaşlarına belə diqqət göstərən bəlkə də ikinci ölkə yoxdur. Bir daha deyirəm ki. bu gün növbədə duran bu kateqoriyadan olan insanlar mənzillə təmin olunacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər