3 Avqust 2018 13:38
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.

Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq müəyyən edilib: "Bu karxanalarda vəziyyət acınacaqlıdır. Dəzgahlar olduqca köhnədir. Orada işləyən fəhlələr qoruyucu nəfəsliklərdən istifadə etmirlər. Bununla bağlı həmin karxana sahiblərinə xəbərdarlıq edildi. Əks təqdirdə, onlar barədə qanunvericiliyə uyğun tədbir görüləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər