Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı avqustun 1-ə olan statistik məlumatları açıqlayıb.
Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır.
İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər).
Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşki edir. Həmin şəxslərin 604 nəfərini hərbçi, 267 nəfərini isə mülki şəxslər təşkil edir (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər).
Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfərdir. Onlardan 1113 nəfəri kişi, 363 nəfəri qadındır. Əsir və girovluqdan azad edilmiş şəxslərin 362 nəfəri hərbçi, 1114 nəfəri isə mülki şəxsdir (uşaq - 223 nəfər, qadın - 363 nəfər, qoca - 224 nəfər).