10 Avqust 2018 11:26
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan, üçüncü yerləri isə Azərbaycan və İran hərbçiləri tutublar.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər