Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində avqustun 9-da 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.