Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.