Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.
Bunu Teleqraf.com-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.
Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".
Maliyyə nizamlayıcısı vurğulayıb ki, banklar müştərilərin tələbatını ödəmək üçün kifayət qədər xarici valyutaya malikdir:
"Bu məsələ bizim nəzarətimiz altındadır. Bundan başqa, əgər müştərilər banklarda xarici valyutaların satışında məhdudiyyətlərlə üzləşərsə, bizə müraciət edə bilərlər. Biz lazımi tədbirlər görəcəyik".