11 Avqust 2018 11:12
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-İran sərhədində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Teleqraf.com-a verilən məlumata görə, dövlət sər­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

Bu ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində sərhədboyu zona ərazisində külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əc­nəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Birinci hadisə avqustun 3-də Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad ra­yonu Sulu­çeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində "VAZ-2172" markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­bilin həmin əraziyə yaxın­laşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub. Həmin şəxs sər­həd nar­yadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tir­yək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublika­sı­nın vətəndaşı Cəlilabad rayonunun sakini, 1987-ci il təvəllüdlü Baxşə­liyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş ver­ib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sər­həd zasta­vasının xid­məti sahəsində naməlum şəxsin hərəkəti sər­həd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qal­dırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respubli­ka­sın­dan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini poza­raq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxla­nılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sər­həd pozucusu İran İslam Respublikasının və­tən­daşı, 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzə­rin­də 1 ədəd mobil telefon, 2 800 000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər