Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzaiyə məktub göndərib.
Teleqraf.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
Səxavət