Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Al Facr” qezetinin 12-13 avqust tarixli sayında Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilmiş musiqi festivalı haqda məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarlı məlumat verib.
Diplomat qeyd edib ki, məqalədə həmçinin, Heydər Əliyev Fondunun Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr də işıqlandırılıb.
Məqalə müəllifi Azərbaycan musiqisinin, incəsənətinin və mədəniyyətinin inkişafında, təbliğində Heydər Əliyev Fondunun xüsusi rolu olduğunu qeyd edərək, bu istiqamətdə fondun dəstəyi ilə görülən işlərin Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılandığını bildirir.