14 Avqust 2018 16:58
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin qəbulu keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri məcburi köçkünləri qəbul ediblər.

Məcburi köçkünlərin problemləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, işəgötürmə və digər məsələlərlə əlaqəli olub.

Onlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri sosial siyasətin prioritet istiqaməti müəyyən edib. Birinci vitse-prezident Mehriban Əliyeva keçirdiyi ilk müşavirədə ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.

Komitə sədri qəbula gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər