Dövlət Gömrük Komitəsi (DGK) qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.