Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.