Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcəkdir.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.