Baş nazir Novruz Məmmədov Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, N.Məmmədovun “Feysbuk” sosial şəbəkəsindəki hesabında yerləşdirdiyi təbrikdə deyilir:
“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”