21 Avqust 2018 12:02
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Almaniya Bundestaqının üzvü – deputat Albert Veyleri “arzuolunmaz şəxs” elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Bild” qəzeti yazıb.

Nəşr Xristian Demokrat İttifaqından deputat olan Veylerin Azərbaycana səfər etmək istədiyini bildirib. Lakin o, Azərbaycanda “arzuolunmaz şəxs” elan edildiyi üçün bu istəyi baş tutmayacaq.

“Bild” Albert Veylerin 2014 və 2016-cı ildə Azərbaycanın Ermənistan Silahlı Qüvvələrində işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyini xatırladır.

Qəzet Azərbaycan tərəfinin icazəsi olmadan həyata keçirdiyi bu səfərə görə adının “qara siyahı”ya salındığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu